Əsas səhifə » Trampın ideoloji tələblərinə boyun əyməyəcəyik - Harvard Universiteti

Trampın ideoloji tələblərinə boyun əyməyəcəyik - Harvard Universiteti

BAKI, AzerVoice

Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib

AzerVoice xəbər verir ki, Harvard Universiteti federal hökumətin universitetə ayırdığı vəsaiti dondurmaq qərarına qarşı Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Harvardın prezidenti Alan Qarber universitetin saytında verdiyi açıqlamada bildirib ki, Tramp administrasiyası əvvəlcə 2,2 milyard dollarlıq, daha sonra əlavə 1 milyard dollarlıq maliyyəni dondurmağı planlaşdırıb. Qarber bu addımın universitetin təhsil, tədqiqat və səhiyyə sahələrinə ciddi zərər verəcəyini vurğulayıb.

O qeyd edib ki, federal hökumət Harvardın "kimin işə götürüldüyünə və nə öyrədildiyinə" müdaxilə etməyə çalışır və bu məqsədlə maliyyə təzyiqindən istifadə edir. İddiada qeyd olunub ki, hökumət universiteti öz ideoloji baxışlarına uyğunlaşdırmaq niyyətindədir.

Tramp administrasiyası, kampuslarda baş verən Fələstin tərəfdarı etirazları və müxtəliflik proqramlarını əsas gətirərək, Harvard da daxil olmaqla bir neçə universitet üçün maliyyəni dondurmaqla hədələyib.

Federal hökumət Harvardın aldığı 8,7 milyard dollarlıq qrantların "vətəndaş hüquqları qanunlarına uyğun istifadəsini" araşdırmağa başladığını açıqlayıb. Eyni zamanda, ABŞ Daxili Gəlir Xidməti (IRS) Harvardın vergi azadlığını ləğv etməyi nəzərdən keçirir.

Ağ Evin sözçüsü Karoline Leavitt bu tədbirləri antisemitizmə qarşı qanunların tətbiqi kimi əsaslandırıb.

Qeyd edək ki, Harvard Universiteti Tramp administrasiyasının bu tədbirlərini qanunsuz və konstitusiyaya zidd hesab edərək, federal məhkəmədə məsələ ilə bağlı hüquqi mübarizəyə başlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice