Əsas səhifə » Papa Fransisk Qəzzada atəşkəsə çağırış edib

Papa Fransisk Qəzzada atəşkəsə çağırış edib

BAKI, AzerVoice

Papa Fransisk Pasxa bayramında Qəzzadakı faciəni pisləyib və atəşkəs çağırışı edib

AzerVoice xəbər verir ki, Pasxa bayramı münasibətilə çıxış edən Roma Papası Fransisk Qəzza zolağındakı humanitar vəziyyəti “faciəli” adlandırıb və tərəfləri atəşi dayandırmağa, girovları azad etməyə çağırıb.

Minlərlə katolik zəvvarın toplandığı mərasimdə Papa səhhətindəki zəifliyə baxmayaraq iştirak edib. Pasxa mesajı bir köməkçi tərəfindən səsləndirilsə də, Fransiskin mövcudluğu izdiham üçün ruhverici olub. O, həmçinin “dünyada yayılan antisemitizm atmosferi” ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, 87 yaşlı Papa son zamanlar səhhəti ilə bağlı bir çox ictimai tədbirdən geri çəkilib. Lakin o, ənənəyə sadiq qalaraq Romanın mərkəzindəki həbsxanada məhbuslarla görüşüb və Pasxa axşamı Bakirə Bazilikasında uşaqlara şirniyyat paylayıb. Bu il bütün xristian məzhəblərinin Pasxa bayramını eyni gündə qeyd etməsi isə nadir tarixi hadisə hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice