Əsas səhifə » X platformasına rəqib gəlir

X platformasına rəqib gəlir

BAKI, AzerVoice

OpenAI sosial media sektoruna daxil olmağa hazırlaşır.

AzerVoice xəbər verir ki, süni intellekt texnologiyalarına fokuslanan OpenAI, artıq sosial media platforması yaratmağı planlaşdırır.

İddialara görə, şirkət Elon Musk-ın “X” (əvvəlki Twitter) platformasına bənzər bir xidmət üzərində işləyir.

Məlumata əsasən, bir neçə mənbə OpenAI-nin sosial şəbəkə yaratmaq planlarını təsdiqləyib. Layihə hələ ilkin mərhələdə olsa da, artıq daxili prototip hazırlanıb. Bu prototip ChatGPT-nin render funksiyası ilə inteqrasiya olunmuş şəkildə dizayn edilib.

OpenAI-nin baş direktoru və həmtəsisçisi Sam Altman bu layihə barədə rəy toplamaq məqsədilə seçilmiş şəxslərlə fərdi görüşlər keçirir. Yeni platformanın sosial xəbər lentinə (feed) bənzər yeniliklər təqdim etməsi planlaşdırılır.

OpenAI hələ rəsmi açıqlama verməsə də, bu təşəbbüsün şirkətin gələcək strategiyasına işıq tutduğu bildirilir.

Qeyd edək ki, Elon Musk və Sam Altman bir zamanlar OpenAI layihəsində birgə çalışıblar. Musk 2018-ci ildə OpenAI-dən ayrılıb. Onun ayrılmasının səbəbi kimi şirkətə daha çox nəzarət istəyinin qarşılanmaması və qeyri-kommersiya formatına qarşı çıxması göstərilir.

Musk OpenAI-nin kommersiyaya keçidinə qarşı hüquqi mübarizə də aparıb. Bu müddətdə isə o, “X” platformasını alaraq, xAI adlı süni intellekt şirkətini yaradıb və Grok AI sistemini X-ə inteqrasiya edib.

Digər Kateqoriyalar

2025 © Azervoice