Əsas səhifə » Instagram Meta imperiyasından ayrılmağa hazırlaşır

Instagram Meta imperiyasından ayrılmağa hazırlaşır

BAKI, AzerVoice

“Instagram-ı sadəcə daha yaxşı foto funksiyasına görə aldım.

AzerVoice xəbər verir ki, Meta şirkətinin CEO-su Mark Zukerberq, ABŞ-da aparılan antiinhisar məhkəmə işində diqqətçəkən etirafla çıxış edib.

O, Instagram-ı Facebook-un bacarmadığı foto funksiyasını daha yaxşı həyata keçirdiyi üçün satın aldıqlarını bildirib.

Bu açıqlama ABŞ Federal Ticarət Komissiyasının Meta-nı potensial rəqibləri bazardan sıxışdırmaq və rəqabəti məhdudlaşdırmaq məqsədilə satınalma strategiyasından istifadə etməkdə ittiham etdiyi iş çərçivəsində verilib.

Məhkəməyə təqdim edilən sənədlərə əsasən, Zukerberq 2018-ci ildə, yəni antiinhisar iddialarının gücləndiyi dövrdə Instagram-ı Meta-dan ayırmaq ehtimalını da nəzərdən keçirib. Onun bu fikri prezident Donald Trampın ilk müddəti dövründə açılmış araşdırmanın davamı olan bu prosesin əhəmiyyətini daha da artırıb.

“Instagram telefon kamerasından istifadədə bizim hazırladığımız proqramdan daha uğurlu idi. Mən inkişaf və satınalma arasında seçim edərkən Instagram-ın üstün olduğunu gördüm”, – deyə Zukerberq bildirib.

O, həmçinin etiraf edib ki, Meta-nın bir çox orijinal tətbiq inkişaf etdirmə cəhdləri uğursuzluğa düçar olub. Bu açıqlamalar, şirkətin bazar rəqabətini məhdudlaşdırmaq niyyətində olduğu iddialarını gücləndirə bilər.

Qeyd edək ki, Meta-nın həm Instagram, həm də WhatsApp-ı satın alması ilə bağlı ABŞ-da irəli sürülən antiinhisar iddiaları texnologiya nəhənglərinin fəaliyyətlərinə qarşı daha sərt nəzarətin tətbiqinə səbəb ola bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice