Əsas səhifə » ABŞ və Çin arasında ticarət gərginliyi Boeing müqaviləsini pozub

ABŞ və Çin arasında ticarət gərginliyi Boeing müqaviləsini pozub

BAKI, AzerVoice

Çin Boeing təyyarələri ilə bağlı müqavilədən imtina edib.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin tərəfinin Boeing ilə bağlanmış böyük təyyarə müqaviləsindən geri çəkildiyini və artıq təyyarələrin təhvil alınmayacağını bəyan edib.

Tramp bu açıqlamanı "Truth Social" hesabında paylaşaraq Çin hökumətinin ABŞ fermerlərinə qarşı "mərhəmətsiz" davrandığını və onları ticarət müharibəsinin ön cəbhəsinə atdığını bildirib.

“Çin tam öhdəlik götürülmüş təyyarələri təhvil almayacağını deyərək böyük Boeing müqaviləsindən çıxdı”, – deyə Tramp qeyd edib.

Çin hava yollarına Boeing təyyarələrinin alınmaması ilə bağlı əmr verdikdən sonra Boeing şirkətinin səhmlərində 2,36 faizlik ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət gərginliyi fonunda qarşılıqlı olaraq tariflərin artırılması müşahidə olunur. Vaşinqton administrasiyası Çin mallarına qarşı tarifləri qüvvəyə mindirsə də, digər ölkələrə qarşı tarifləri 90 günlük müddətə təxirə salıb. ABŞ sonradan bəzi texnoloji məhsulları — smartfonlar, noutbuklar, çiplər və digər komponentləri əlavə vergilərdən azad edəcəyini də açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice