Əsas səhifə » İngiltərədə sərvət bərabərsizliyinə qarşı Tesla aksiyası

İngiltərədə sərvət bərabərsizliyinə qarşı Tesla aksiyası

BAKI, AzerVoice

İngiltərədə etirazçılar Tesla-nı sökərək Elon Maska mesaj veriblər.

AzerVoice xəbər verir ki, Londonda “Hər kəs Elona nifrət edir” adlı etiraz qrupu sərvət bərabərsizliyinə diqqət çəkmək məqsədilə qeyri-adi aksiya keçirib.

Aksiya zamanı qrup üzvləri xarab vəziyyətdə olan 2014 model Tesla Model S avtomobilini balyoz və beysbol dəyənəkləri ilə parçalayıb.

Hadisə Londonun cənubundakı Hardess Studios ərazisində baş verib. Etirazçılar əsasən Elon Maskın artan sərvəti və ictimai-siyasi çıxışlarını tənqid ediblər. Qrupun sözçüsü bildirib ki, avtomobil sərvət ədalətsizliyi ilə bağlı ictimai müzakirələr yaratmaq üçün anonim bir donor tərəfindən təmin edilib.

Qeyd edək ki, bu aksiyanın keçirildiyi vaxt Elon Mask sosial mediada və iqtisadi müstəvidə mübahisəli çıxışları ilə gündəmdə qalmaqda davam edir. Bu tip aksiyalar isə artan bərabərsizlik mövzusunda cəmiyyətdə narazılığın bir əlaməti kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice