Əsas səhifə » Oskar mükafatlarına yeni kateqoriya əlavə olunub

Oskar mükafatlarına yeni kateqoriya əlavə olunub

BAKI, AzerVoice

Amerika Kino Akademiyası, 2028-ci ildə keçiriləcək 100-cü Oskar mükafatlarında yeni bir kateqoriyanın – “Dublyor Dizaynı üzrə Uğur” mükafatının təqdim ediləcəyini elan edib.

AzerVoice xəbər verir ki, bu barədə akademiyanın icraçı direktoru Bill Kramer və prezidenti Janet Yang birgə açıqlama veriblər.

Hazırda Akademiyanın prodüksiya və texnologiya bölməsində 100-dən çox dublyor mütəxəssisi fəaliyyət göstərir.

Tanınmış rejissor Chad Stahelski isə qərarı müsbət qarşılayaraq bildirib ki, bu, vacib addımdır.

Qeyd edək ki, yeni mükafat ideyasının təşəbbüskarlarından biri olan rejissor Devid Leix karyerasına Brad Pitt kimi ulduzlara dublyorluq edərək başlayıb. hədə böyük inkişaf baş verib.

Həmçinin xatırladaq ki, Akademiya bu il həmçinin 2025-ci ildə nümayiş olunacaq filmlər üçün “Kasting uğuru” mükafatı kateqoriyasını da əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice