Əsas səhifə » Aİ süni intellekt üçün beş nəhəng zavod inşa edəcək

Aİ süni intellekt üçün beş nəhəng zavod inşa edəcək

BAKI, AzerVoice

Avropa İttifaqı süni intellekt yarışında sürət yığır- 5 nəhəng zavod üçün 20 milyard avro ayrılacaq

AzerVoice xəbər verir ki, Avropa İttifaqı (Aİ) süni intellekt sahəsində ABŞ və Çinə çatmaq üçün "Süni İntellekt üzrə Kontinental Fəaliyyət Planı"nı dərc edib.

Yeni strategiya çərçivəsində Aİ süni intellekt sahəsində innovasiya imkanlarını genişləndirəcək və qaydaları sadələşdirəcək.

Aİ Komissiyası Avropanın texnoloji müstəqilliyini təmin etmək məqsədilə yüz minlərlə qabaqcıl çiplə təchiz ediləcək 5 "AI gigafabrikası"nın qurulmasına 20 milyard avro həcmində investisiya səfərbərliyi elan edib. Bu zavodlar süni intellekt modellərinin hazırlanması və tətbiqi üçün misli görünməmiş miqyasda hesablama gücünə sahib olacaq.

Süni intellektin inkişafı üçün yüksək keyfiyyətli məlumatlara çıxış artırılacaq, məlumat mərkəzlərinin tutumu üç dəfə genişləndiriləcək. Aİ həmçinin, sənaye sahələrində AI alqoritmlərinin inkişafını və tətbiqini təşviq edəcək. Hazırda AI-dən istifadə edən şirkətlərin nisbətinin 13,5 faiz olduğu Aİ-də bu göstəricinin artırılması əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Qeyd edək ki, normativ-hüquqi bazanın sadələşdirilməsi də planın əsas istiqamətlərindən biridir. Böyük texnologiya şirkətləri Avropadakı sərt qaydaların innovasiyanı ləngitdiyini vurğulayaraq, bu dəyişiklikləri müsbət qarşılayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice