Əsas səhifə » Pakistanda meymunçiçəyi virusunun daha yoluxucu halı qeydə alındı

Pakistanda meymunçiçəyi virusunun daha yoluxucu halı qeydə alındı

Bakı, AzerVoice

Pakistanda meymunçiçəyi virusunun daha yoluxucu halı qeydə alınıb.

AzerVoice bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Pakistanın şimalındakı Hayber Paxtunxva əyalətinin səhiyyə departamentindən qeyd edilib ki, mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantına yoluxmuş üç xəstə qeydə alınıb.

Departamentdən o da bildirilib ki, xəstələrdə virus infeksiyası Birləşmiş Ərəb Əmirliklərindən gələrkən aşkarlanıb. Hər üç xəstə karantinə alınıb.

Digər Kateqoriyalar

2024 © Azervoice