Bakı,AzerVoice
ABŞ-da federal hakim internet texnologiyaları sahəsində mühüm qərar qəbul edərək, Google-un internet axtarışı və axtarış marketinqində “qanunsuz monopoliya” yaratdığına qərar verib.
AzerVoice məlumat verir ki, ABŞ-ın federal hakimi Amit Mehta bu gün ABŞ Ədliyyə Departamentini Google ilə qarşı-qarşıya gətirən məhkmə işi ilə bağlı çoxdan gözlənilən qərarını açıqlayıb.
Hakim Mehtan qərarında, şahidlərin və sübutların araşdırılması nəticəsində Google-un inhisarçı olduğu və bu inhisarçılıq fəaliyyətini qorumaq üçün müəyyən işlər gördüyü aşkar edilmişdir. Bu isə Şerman Qanununun 2-ci maddəsinin pozulması deməkdir. (Şerman Aktı, rəqabət əleyhinə olan razılaşmaları və müvafiq bazarı inhisarlaşdıran və ya inhisara almağa çalışan birtərəfli davranışları ümumiyyətlə qadağan edir.)
Bu qərarla ABŞ Ədliyyə Nazirliyi bu günə qədər açdığı antiinhisar məhkəmə işlərində ilk dəfədir ki, bu səviyyədə bir işdə qalib gəlib.
ABŞ Ədliyyə Nazirliyi bundan öncə iki dəfə Google-u məhkəməyə verib. Bunların səbəbi Google-nin internet axtarışlarının 90 və mobil axtarış sistemi olaraq da 95 faizdən çoxuna nəzarət etməsi göstərilib.
Şirkətin bir çox rəqəmsal reklam texnologiyası məhsulunu inhisar altına aldığını ifadə edən açıqlamada, Google-un bu sektordakı hökmranlığına qarşı ortaya çıxa biləcək hər cürə təhlükəni aradan qaldırmaq və ya ciddi şəkildə azaltmaq üçün rəqabətə zidd və qeyri-qanuni üsullardan istifadə etdiyi iddia edilib.
Açıqlamada, Google-un son 15 ildə reklam texnologiyası ilə bağlı rəqiblərini satınalmalar yolu ilə zərərsizləşdirdiyi və ya ortadan qaldırdığı, şirkətin rəqəmsal reklam bazarındakı hökmranlığından istifadə edərək daha çox nəşriyyatı və reklamçıları öz məhsullarından istifadə etməyə məcbur etdiyi və rəqib məhsulların istifadəsinin qarşısını aldığı bildirilib.
Açıqlamada, bu yolla Google-un sektordakı üstünlüyünü gücləndirdiyi qeyd edilməklə yanaşı, şirkətin rəqabətə zidd davranışlarının məzmununa haqqında da məlumat verilmişdir.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə axtarış və axtarış reklamçılığını monopoliya altına aldığı üçün Google-a qarşı məhkəmədə antiinhisar iddiası qaldırmışdı.