Bakı,VOA
Avropa Birliyi Şurasının bəzi Rusiya media qurumlarına qarşı tətbiq etdiyi yayım qadağasına cavab olaraq Avropa mərkəzli 81 media qurumuna sanksiya tətbiq olunacaq.
VOA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada AB Komissiyasının mayın 17-də qəbul etdiyi qərarın bu gündən qüvvəyə mindiyi xatırladılıb. Bu qərara cavab olaraq, 81 media qurumunun yayımına qadağa qoyulmasına qərar verildiyi açıqlanıb.
“Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı sistemli şəkildə yalan məlumatlar yayan Avropa İttifaqına üzv dövlətlərin bir sıra media qurumlarının və Aİ-nin bütün media operatorlarının Rusiya Federasiyası ərazisindən girişə məhdudiyyətlər qoyulur” - bəyanatda deyilir.
Rusiya tərəfinin qərarı ilə qadağan edilən media qurumları arasında Almaniyanın Der Spiegel, İrlandiyanın milli yayım şirkəti RTE, İspaniyanın gündəlik El Mundo qəzeti, İspaniyanın EFE xəbər agentliyi, Fransanın Le Monde qəzeti və Fransanın France-Presse (AFP) xəbər agentliyi var.
