Əsas səhifə » Microsoft və Google-un İsrailə texnoloji dəstəyi

Microsoft və Google-un İsrailə texnoloji dəstəyi

BAKI, AzerVoice

İsralə dəstək verdiyi üçün Microsoft-a qarşı reaksiyalar böyüyür.

AzerVoice xəbər verir ki, Microsoft, İsrailə texnoloji dəstəyə görə tənqid atəşinə tutulub.

Şirkətin işçiləri, xüsusilə Microsoft AI-nin baş icraçı direktoru (CEO) Mustafa Süleyman, şirkətin İsrailə göstərdiyi xidmətlərə qarşı etirazlarını 50 illik yubiley şənliyində bildiriblər. Bu etirazlar bütün dünyada geniş müzakirələrə səbəb olub.

Süleymanın etirazları Microsoft və İsrail arasında əməkdaşlığı yenidən gündəmə gətirib. 7 oktyabrdan sonra İsrail ordusunun Microsoft-un bulud texnologiyası və süni intellekt sistemlərindən asılılığı artıb. Microsoft 7 oktyabrdan sonra İsrail Ordusuna daha çox İT və saxlama xidmətləri göstərib, həmçinin minlərlə saatlıq texniki dəstək təmin edib.

Çoxsaylı İsrail müdafiə mənbələri, IDF-nin Microsoft, Amazon və Google kimi şirkətlərə etibar etdiyini bildiriblər. Məlumata görə, İsrail ordusu Microsoft Azure-u "kütləvi müşahidə" vasitəsilə telefon zəngləri, mətnlər və səsli poçtlar kimi məlumatları toplamaq və təhlil etmək üçün istifadə edib.

Rəsmi hesabatlarda, Microsoft-un süni intellekt sistemlərinin orduya istiqamət vermək və təhlil edilmiş məlumatları tapmaqda kömək etdiyi vurğulanır. OpenAI-nin keçmiş baş icraçı direktoru Heidy Khlaaf, bunun "kommersiya süni intellekt modellərinin birbaşa müharibədə istifadə olunduğuna dair ilk təsdiq" olduğunu qeyd edib.

Əlavə olaraq, Google-un bulud departamenti də İsrailin Qəzzaya hücumlarından dərhal sonra İsrail ordusu ilə işləməyə başlayıb. Washington Post-un əldə etdiyi sənədlərə əsasən, Google işçiləri, Amazon-un bulud xidmətinə rəqib olaraq, İsrailin tələblərini yerinə yetirmək üçün təcili tədbirlər alıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice