BAKI,
AzerVoice
NASA-nın SPHEREx teleskopu kosmosdan 100 min qalaktikanı bir kadrda
görüntüləyib.
AzerVoice xəbər verir ki, NASA-nın
yeni nəsil infraqırmızı teleskopu SPHEREx, kosmosdan ilk
görüntülərini Yerə göndərib.
Hər biri bir ulduz və ya qalaktika olan 100 mindən çox işıq
mənbəyini ehtiva edən bu təsvirlər elm aləmində böyük maraq
doğurub.
Martın 11-də işə salınan SPHEREx teleskopu, görünməyən infraqırmızı işığı aşkar edərək kainatın yaranma tarixi, qalaktikaların uzaqlığı və suyun mənşəyi kimi mövzuları tədqiq etməyi hədəfləyir. Teleskopun altı detektoru eyni anda 102 rəng tonunu təyin edə bilir və səmanı tam şəkildə skan etmə qabiliyyətinə malikdir. Aprelin sonunda başlayacaq rəsmi müşahidələr dövründə teleskop gündə təxminən 600 görüntü çəkəcək.
Qeyd edək ki, SPHEREx Hubble və James Webb kimi teleskoplardan fərqli olaraq, dar sahələrə fokuslanmır, əksinə bütün səmanı geniş bucaqlı şəkildə araşdırır. İki illik missiyası ərzində səmanın dörd tam skanını həyata keçirəcək və yüz milyonlarla işıq mənbəsinin spektral məlumatlarını toplayacaq. Layihənin rəhbərliyi Caltech və NASA-nın Reaktiv Sürmə Laboratoriyasına məxsusdur, əldə edilən məlumatlar isə açıq şəkildə paylaşılacaq.
