BAKI, AzerVoice
Somalinin paytaxtı Moqadişodakı Aden-Adde Beynəlxalq Hava Limanı minaatan atəşinə tutulub.
AzerVoice xəbər verir ki, bu barədə Somali mediası məlumat yayıb.
İlkin məlumata görə, mərmilərin bir neçəsi hava limanının ərazisində yerləşən və güclü şəkildə qorunan Xalane adlı hərbi bazaya düşüb. Bu bazada Afrika İttifaqının sülhməramlı qüvvələrinin komandanlığı, eləcə də xarici səfirliklər və beynəlxalq humanitar təşkilatların nümayəndəlikləri yerləşir.
Zərbələrə hava limanı yaxınlığındakı bəzi kəndlər, xüsusilə Kaavo-Qoday kəndi də məruz qalıb. Burada bir neçə nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, aprelin 5-də Moqadişoda prezident sarayı da minaatan atəşinə tutulmuşdu. Həmin vaxt Somalinin prezidenti Həsən Şeyx Mahmud səfər çərçivəsində Uqandaya getmişdi. Hücum nəticəsində yaxın ərazilərdə yaşayan bəzi sakinlər xəsarət almışdı.