BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Trampın hökumətində kritik rola sahib olan İlon Maskın vəzifəsini tərk edəcəyi barədə məlumatlar yayılıb.
AzerVoice xəbər verir ki, Trampın
kabinet üzvlərinə və yaxın çevrəsinə Maskın hökumətdən ayrılacağı
barədə məlumat verdiyi iddia edilir.
Mask federal xərclərin azaldılması və dövlət qurumlarının yenidən
qurulması işlərinə rəhbərlik edirdi. Onun əsas diqqətini Tesla,
SpaceX və X kimi şirkətlərinə yönəltmək üçün bu qərarı verdiyi
bildirilir.
Tramp Maskı “əla biri” adlandıraraq, onun böyük bir şirkəti idarə etdiyini və nə vaxtsa işinə tam qayıdacağını düşündüyünü bildirib. Bununla belə, Tramp Maskı mümkün qədər hökumətdə saxlamaq niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, Mask hökumətə daxil olduqdan sonra Tesla avtomobilləri və mağazaları hücumlara məruz qalıb. Avropada ifrat sağçı dairələrə dəstəyi səbəbindən Tesla mağazalarına hücumlar artıb, bəzi istifadəçilər X hesablarını bağladıqlarını və Tesla avtomobillərini satmağa qərar verdiklərini açıqlayıb.
Tramp administrasiyasında yer alan Mask müdafiə və kosmos sahələrində özəl sektorun rolunu genişləndirmək üçün çalışırdı.