Əsas səhifə » Dünya şöhrətli brendin çipsləri geri çağırılır

Dünya şöhrətli brendin çipsləri geri çağırılır

BAKI, AzerVoice

Dünya şöhrətli çips markasının məşhur məhsulu ciddi sağlamlıq riski yaratdığı üçün təcili geri çağırılıb.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) 3D Trading tərəfindən satılan Ruffles Sabor a Jamón Crisps məhsulunda etiketləmə xətası aşkar edib.

Bildirilib ki, məhsulun tərkibində süd və soya var, lakin bu məlumat qablaşdırmada göstərilmədiyi üçün allergiyası olan şəxslər üçün həyati təhlükə yaradır.

FSA və Anaphylaxis UK təşkilatları süd və soya allergiyası olan insanlara bu məhsulu qətiliklə istehlak etməmələrini tövsiyə edib. Allergik reaksiyalar yüngül səpgidən ağır anafilaktik şoka qədər dəyişə bilər. Ciddi simptomlar arasında boğazda və tənəffüs yollarında şişkinlik, nəfəs darlığı, başgicəllənmə və huşun itirmə halları qeyd olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice