BAKI, AzerVoice
SpaceX şirkəti Arktika bölgəsini araşdırmaq üçün buzlaqların əriməsi ilə ortaya çıxan yeni ticarət yolları və yeraltı sərvətlərin tədqiqi kosmik missiyasına start verib.
AzerVoice xəbər verir ki , SpaceX-in
“Dragon” kosmik gəmisi ABŞ-ın Florida ştatından buraxılıb və 4
nəfərlik heyətlə 3-5 gün davam edəcək.
Missiya, qütb bölgələri üzərində həyata keçirilən ilk kosmik
tədqiqatlardan biri kimi qiymətləndirilir və bölgənin kosmosdan
detallı müşahidəsinə imkan yaradacaq.
Qeyd edək ki, bu uçuş çərçivəsində kosmos səyahətinin insan sağlamlığına təsirlərini araşdırmaq məqsədilə 22 elmi tədqiqat da aparılacaq. Arktika bölgəsi son illərdə artan siyasi və iqtisadi marağın mərkəzinə çevrilib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəməsi, eləcə də qlobal güclərin bölgədə möhkəmlənmək cəhdləri, Arktikanın strateji əhəmiyyətini daha da artırıb.