Əsas səhifə » NASA-nın siçanlarla kosmos təcrübəsi

NASA-nın siçanlarla kosmos təcrübəsi

BAKI,AzerVoice

NASA-nın Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərdiyi siçanlarda sümük strukturlarında ciddi dəyişikliklər müşahidə edilib. Alimlərin araşdırmaları mikroqravitasiyanın sümük sağlamlığına təsirlərini daha dərindən anlamağa kömək edir.

AzerVoice xəbər verir ki tədqiqat çərçivəsində siçanlar 37 gün BKS-də saxlanılıb və onların bud sümüyündə iri miqyaslı dəliklərin əmələ gəldiyi aşkar edilib.

Bununla belə, onurğa sümüklərində oxşar təsirlərin olmadığı müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, bu, kosmosda bədənin ağırlıq daşıyan sümüklərinin daha çox zədələndiyini göstərir.

Qeyd edək ki, NASA-nın məlumatlarına görə, astronavtlar kosmosda hər ay orta hesabla 1%-dən çox sümük sıxlığını itirirlər. Bu isə uzunmüddətli kosmik səyahətlər zamanı ciddi sağlamlıq problemləri yarada bilər. Alimlər bildirirlər ki, sümük itkisini azaltmaq üçün yalnız pəhriz kifayət etmir, astronavtların kosmosda xüsusi məşqlər etməsi də vacibdir. NASA bu problemin həlli üçün əlavə tədqiqatlar aparmağı planlaşdırır.

Digər Kateqoriyalar

2025 © Azervoice