Əsas səhifə » Yer kürəsindən bir milyard işıq ili uzaqlığında yeni spiral qalaktika kəşf edilib

Yer kürəsindən bir milyard işıq ili uzaqlığında yeni spiral qalaktika kəşf edilib

Bakı, AzerVoice

Yer kürəsindən təxminən bir milyard işıq ili uzaqlıqda yeni spiral qalaktika kəşf edilib.

AzerVoice xəbər verir ki, bu qalaktikaya “2MASX J23453268−0449256” adı verilib.

Məlumata görə, qalaktikanın mərkəzində Günəş kütləsindən milyard dəfə böyük olan super kütləli bir qara dəlik yerləşir.

Astronomlar bu qara dəliyin altı milyon işıq ili uzunluğunda radio şüalanma axınları yaydığına diqqət çəkərək, bu şüalanmanın qalaktikadakı həyatı tamamilə məhv edə biləcək qədər güclü olduğunu qeyd ediblər.

Qeyd edilib ki, bu cür güclü radio axınları adətən eliptik qalaktikalarda müşahidə olunur və spiral qalaktikada rast gəlinməsi olduqca nadir hadisədir.

Həmçinin qeyd edilib ki, əgər bu radio axınlar Günəş sisteminə yönəlsəydi, planetlərin atmosferini məhv edə və kütləvi yox oluşa səbəb ola bilərdi.

Astronomların sözlərinə görə, yeni kəşf olunan bu spiral qalaktikada Süd yolu qalaktikası ilə müqayisədə 10 qat daha çox qaranlıq maddə mövcuddur.

Digər Kateqoriyalar

2025 © Azervoice