BAKI,AzerVoice
Çində alimlər donuz orqanlarının insanlara köçürülməsi sahəsində
mühüm addım atıblar.
AzerVoice xəbər verir ki, Çinli
tədqiqatçılar genetik modifikasiyadan keçmiş donuz böyrəyini uğurla
insana köçürdüklərini açıqlayıblar.
Bununla yanaşı, donuz qaraciyərinin də insanlarda müəyyən
funksiyaları yerinə yetirə biləcəyini sübut etmək üçün yeni
eksperimentlər aparıblar.
Çinli bir qadın geni dəyişdirilmiş donuz böyrəyi ilə yaşayan dünyada üçüncü insan olub. Eyni zamanda, Vanqın rəhbərlik etdiyi tədqiqat qrupu beyin ölümü keçirmiş bir insana donuz qaraciyərini köçürüb və orqanın 10 gün ərzində funksiyalarını qoruduğunu bildirib. Vanqın sözlərinə görə, donuz qaraciyəri insan qaraciyəri qədər effektiv olmasa da, öd və albumin istehsal edərək əsas funksiyaları yerinə yetirə bilir.
Qeyd edək ki, ksenotransplantasiya sahəsində ilk uğurlar ABŞ-da qeydə alınıb. Lakin bu proseslər hələlik qısamüddətli nəticələr verib. Çin alimlərinin son araşdırması isə uzunmüddətli perspektivdə orqan çatışmazlığının həllinə töhfə verə bilə