Əsas səhifə » Beyin implantları bakteriyalara qapı aça bilər

Beyin implantları bakteriyalara qapı aça bilər

Bakı, AzerVoice

Yeni araşdırmalar beyin implantlarının təhlükəsizliyi ilə bağlı narahatedici bir gerçəyi ortaya qoyub - bu cihazlar bakteriyaların beyinə yoluxmasına səbəb ola bilər.

AzerVoice xəbər verir ki, ABŞ-ın Case Western Reserve Universitetinin alimləri, beyin implantasiyasından sonra beynin mikroelektrodlarında bakteriyalar aşkar ediblər.

Tədqiqatda siçanların beynində bağırsaq bakteriyalarına aid DNT izləri tapılıb və bu, bakteriyaların beyinə keçməsinin qan-beyin baryerinin zədələnməsi nəticəsində baş verdiyini göstərir.

Alimlər, bakteriyaların beyin toxumasında iltihab yaratdığını və bunun da cihazların uzunmüddətli fəaliyyətinə mənfi təsir göstərə biləcəyini vurğulayır. Bununla yanaşı, tədqiqatda müəyyən edilib ki, bəzi bakteriyalar, Alzheimer, Parkinson və insult kimi ciddi nevroloji xəstəliklərlə əlaqəlidir.

Qeyd edək ki, bu tapıntı, beyin implantları üçün yeni təhlükəsizlik strategiyalarının inkişaf etdirilməsini tələb edir. Tədqiqat, klinik reallıqda da təsdiq olunub, çünki implantlı bir insanın laboratoriya nümunələrində də eyni bakteriyalar aşkar edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice