Əsas səhifə » NASA-nın Parker roveri Günəşə rekord yaxın məsafədə uçur

NASA-nın Parker roveri Günəşə rekord yaxın məsafədə uçur

BAKI, AzerVoice

NASA-nın Parker roveri Günəşə rekord yaxınlıqda uçuş həyata keçirib və bu, onun ən yaxın keçidlərindən biri olub.

AzerVoice xəbər verir ki,, Parker roveri martın 22-də Günəşə 6,1 milyon kilometr yaxınlaşaraq 692 min km/saniyə sürətə çatıb.

Bu, roverin 2024-cü ildəki uçuşunda əldə etdiyi rekord sürətdir və Günəşin xarici atmosferi olan tacdan mühüm məlumatlar toplanmasına şərait yaradıb.

Keçidin məqsədi, Günəş küləyinin və kosmik havanın yaxından araşdırılmasıdır. Parker rover 2018-ci ildən Günəşin sirlərini araşdırır və bu missiya, kosmos havası və Günəşin davranışı ilə bağlı daha yaxşı başa düşülməsinə kömək edəcək.

Qeyd edək ki, Parker roverinin toplayacağı məlumatlar 25 martda Yerə ötürüləcək və bu, gələcək kosmik araşdırmalar üçün vacib məlumatları təmin edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice