Əsas səhifə » Papa Fransisk sabah xəstəxanadan buraxılacaq

Papa Fransisk sabah xəstəxanadan buraxılacaq

Bakı, AzerVoice

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, bazar günü xəstəxanadan buraxılacaq.

AzerVoice xəbər verir ki, bu barədə Roma Papasının müalicə aldığı Aqostino Cemelli xəstəxanasından məlumat verilib.

"Papa Fransisk bazar günü xəstəxanadan çıxacaq. İki həftə ərzində onun səhhəti yaxşılaşıb, vəziyyəti sabitdir",- deyə məlumatda qeyd edilib.

Həkimlər bildiriblər ki, 88 yaşlı pontifik "bülleten"də olacaq və onun sağalması üçün vaxt lazım olacaq.

Bununla yanaşı bildirilib ki, Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq. O, martın 23-də müalicə aldığı xəstəxanaya toplaşan insanlara müraciət edəcək və xeyir-dua verəcək.

Qeyd edək ki, Roma Papası fevralın 14-dən bəri ikitərəfli ağciyər iltihabı ilə xəstəxanada müalicə alır.

Digər Kateqoriyalar

2025 © Azervoice