Əsas səhifə » Trampın İrana göndərdiyi məktub təhdid deyil - Uitkoff

Trampın İrana göndərdiyi məktub təhdid deyil - Uitkoff

Bakı, AzerVoice

Prezident Donald Trampın Ali Xameneiyə göndərdiyi məktub təhdid deyil, əksinə, danışıqlar üçün bir çağırışdır.

AzerVoice xəbər verir ki, bu sözləri ABŞ pezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun verdiyi açıqlamada yer alıb.

Uitkoffun sözlərinə görə, Trampın məqsədi İranla hərbi qarşıdurmadan qaçmaq üçün etibar qurmaqdır.

Uitkoff bildirib ki, Trampın göndərdiyi bu məktub bir növ "mən sülh istəyən prezidentəm və biz danışıqlar aparmalıyıq" mənasını kəsb edir.

O, həmçinin qeyd edib ki, ABŞ və İran arasında müzakirələr gizli kanallar və bir neçə ölkə vasitəsilə davam edir.

Bununla yanaşı açıqlamada bildirilib ki, ABŞ hərbi üstünlüyə malikdir, lakin bu məsələni diplomatik yolla həll etməyə çalışır.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı yeni bir razılaşma üçün danışıqların bərpası üzərində müzakirələr gedir.

Digər Kateqoriyalar

2025 © Azervoice