Əsas səhifə » Tramp İrana nüvə sazişi üçün iki ay müddət verib

Tramp İrana nüvə sazişi üçün iki ay müddət verib

Bakı, AzerVoice

ABŞ Prezidenti Donald Tramp İrana yeni nüvə sazişi bağlamaq üçün iki ay vaxt verib.

AzerVoice xəbər verir ki, bu haqda Trampın, İranın ali lideri Əli Xameneiyə göndərdiyi məktubda deyilir.

Belə ki, bu müddətin geri sayımı İran hökümətinin məktubu aldığı tarixdən, yoxsa nüvə razılaşması ilə bağlı mümkün danışıqların başlandığı tarixdən etibarən mi başlayacaq, hələ ki məlum deyil.

Qeyd edək ki, bundan əvvəl, Tramp, Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün Xameneiyə məktub göndərmişdi.

Buna cavab olaraq İranın ali lideri Xamenei ABŞ-la heç bir dialoq aparmayacaqlarını bildirmişdi. O, Vaşinqtonun yalnız öz maraqları naminə hərəkət etdiyini vurğulamışdı.

Xamenei, ABŞ administrasiyası ilə aparılacaq müzakirələrin nəticəsiz qalacağını və sanksiyaların ləğvinə gətirib çıxarmayacağını bildirmişdi.

O, İranın qarşılıq vermək gücünə sahib olduğunu və hər hansı hücuma mütləq cavab verəcəyini vurğulamışdı.

ABŞ Prezidenti Donald Trampın Tehranla müzakirə çağırışına toxunan İran lideri qeyd etmişdi ki, bu çağırış sadəcə olaraq ABŞ-ın "biz müzakirəyə hazırıq və sülh istəyirik, ancaq İran buna razılaşmır" deməsi üçün bir vasitədir.

Digər Kateqoriyalar

2025 © Azervoice