Əsas səhifə » 2015-2024-cü illər tarixin ən isti 10 ili olub

2015-2024-cü illər tarixin ən isti 10 ili olub

BAKI, AzerVoice

Ümumdünya Meteorologiya Təşkilatı 2015-2024-cü illəri iqlim dəyişikliyinin təsirlərinin sürətlə artdığı "ən isti 10 il" olaraq qeyd edib.

AzerVoice xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) yaydığı hesabatda 2024-cü ilin qlobal temperaturun sənaye dövründən əvvəlki dövrlə müqayisədə ilk dəfə 1,5 dərəcədən çox artacağı vurğulanıb. Bu rekord temperaturun əsas səbəbi istixana qazı emissiyalarının artması və El Nino hava hadisəsinin təsiri kimi göstərilib.

Hesabatda 2024-cü ilin həm də son 65 ilin "ən isti okean ili" olduğu bildirilib. Okean istiliyinin artması dəniz ekosistemlərinin pozulmasına, biomüxtəlifliyin itirilməsinə və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olub. Antarktida buz örtüyünün son üç ilin ən aşağı səviyyəsinə endiyi və buzlaqların rekord sürətlə əridiyi qeyd edilib.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş iqlim böhranının ciddiliyinə diqqət çəkərək, qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılmasının hələ də mümkün olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice