BAKI,
AzerVoice
Elon Musk, federal bürokratiyanı azaltmaq cəhdlərinə görə hədəf
alındığını iddia edib.
AzerVoice xəbər verir ki, ABŞ hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Musk, Fox News-un aparıcısı Sean Hannity ilə müsahibəsində bəzi şəxslərin ona qarşı sui-qəsd planlaşdırdığını bildirib.
O, federal hökumətdəki korrupsiya və israfçılığa qarşı mübarizə apardığını və bunun bəzi dairələri narahat etdiyini vurğulayıb.
Tesla-nın sülhpərvər bir şirkət olduğunu qeyd edən Musk, "Mən heç vaxt zərərli bir şey etməmişəm, yalnız məhsuldar işlər görmüşəm" deyə əlavə edib. O, Tesla-ya qarşı baş verən etirazların arxasında daha böyük qüvvələrin dayana biləcəyini iddia edib.
Qeyd edək ki, ayın əvvəlindən ABŞ-ın müxtəlif bölgələrində Tesla avtosalonları qarşısında etirazlar keçirilib və bəzi şəxslər saxlanılıb. ABŞ-ın keçmiş prezidenti Donald Trump isə Musk-a dəstək üçün Tesla avtomobili aldığını açıqlayıb.