Əsas səhifə » Google irqçilik iddiasına görə 28 milyon dollar ödəyəcək

Google irqçilik iddiasına görə 28 milyon dollar ödəyəcək

BAKI,AzerVoice

Google, irqçiliklə bağlı məhkəmə iddiasında 28 milyon dollar təzminat ödəməyə razılaşıb.

AzerVoice xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Google, ağdərili və asiyalı işçilərə digər etnik mənsubiyyətlərdən olan əməkdaşlara nisbətən daha yüksək maaş və karyera imkanları verdiyi iddiası ilə məhkəmədə razılığa gəlib.

Keçmiş Google işçisi Ana Cantu tərəfindən 2021-ci ildə qaldırılan məhkəmə iddiasında İspan, Latın, Yerli Amerika və digər etnik qruplardan olan işçilərin daha aşağı maaşla və daha aşağı vəzifədə işə başladığı irəli sürülüb. Məhkəmə prosesi çərçivəsində Google daxilindəki sənədlər sübut kimi təqdim edilib.

Şirkətin sözçüsü bildirib ki, Google işçilərinə qarşı ayrı-seçkilik etdiyini qəbul etmir, lakin razılığa gəlməyə qərar verib. O əlavə edib ki, Google ədalətli işə qəbul və maaş siyasətinə sadiqdir.

Qeyd edək ki, bu qərar, Meta, Amazon, Pepsi və McDonald's kimi böyük korporasiyaların da müxtəliflik siyasətlərini geri çəkməsi fonunda verilib.

Digər Kateqoriyalar

2025 © Azervoice