BAKI, AzerVoice
Vatikan Papa Fransiskin xəstəxanada dua edərkən çəkilmiş fotosunu yayıb.
AzerVoice xəbər verir ki, Katolik dünyasının lideri Papa Fransiskin xəstəxanada müalicə alarkən dua etdiyi anı əks etdirən foto Vatikan tərəfindən ictimaiyyətə təqdim edilib.
Fevralın 14-dən ağır bronxit diaqnozu ilə Romadakı Gemelli xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya keçirdiyi bildirilən 88 yaşlı Papanın səhhəti ilə bağlı rəsmi açıqlama verilib. Vatikan Mətbuat Ofisi tərəfindən paylaşılan fotoda Papa Fransisk xəstəxananın 10-cu mərtəbəsində yerləşən kilsədə bazar günü üçün dua edərkən əks olunub.
Vatikanın Mətbuat İdarəsinin məlumatına görə, Papanın vəziyyəti stabil olaraq qiymətləndirilir və o, fiziki müalicə və tənəffüs fizioterapiyasını davam etdirir. Papanın gününü namaz, istirahət və bəzi işlərlə məşğul olmaqla keçirdiyi qeyd olunur.
Qeyd edək ki, Papa Fransisk son illərdə səhhətində yaranan problemlər səbəbindən bir neçə dəfə xəstəxanada müalicə alıb. Onun sağlamlığı dünya katolik icması tərəfindən yaxından izlənilir.