Əsas səhifə » ABŞ astronavtları uzun səfərdən sonra Yerə qayıdır

ABŞ astronavtları uzun səfərdən sonra Yerə qayıdır

BAKI, AzerVoice

ABŞ astronavtları doqquz ay kosmosda qaldıqdan sonra Yerə qayıdırlar.

AzerVoice xəbər verir ki, NASA astronavtları Butch Wilmore və Suni Williams sabah axşam SpaceX Crew Dragon vasitəsi ilə Yerə dönəcəklərWilmore və Williams iyun ayında Boeing-in Starliner kosmik gəmisini sınaqdan keçirmək üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilmişdi. Lakin kosmik gəmidə hərəkət sistemi ilə bağlı problemlər yarandığından onların geri dönüşü gecikib və astronavtlar ISS-də qalmaq məcburiyyətində qalıblar.

NASA enişin sabah axşam saat 23:57-də Florida sahillərində baş tutacağını açıqlayıb. Əvvəlcə çərşənbə gününə planlaşdırılan qayıdış, hava şəraitinin əlverişli olması səbəbilə irəli çəkilib. NASA bildirib ki, enişin vaxtı ISS-də vəzifə təhvil vermə prosesi tamamlandıqdan sonra müəyyən edilib.

Wilmore və Williams ilə birlikdə NASA astronavtı Nik Hague və rus kosmonavtı Aleksandr Qorbunov da Crew Dragon kapsulu ilə Yerə qayıdacaqlar. NASA onların dönüş səyahətini bazar ertəsi axşam canlı yayımlayacaq.

Qeyd edək ki, astronavtların doqquz aylıq missiyası planlaşdırılandan daha uzun çəkib və bu vəziyyət Boeing-in Starliner gəmisindəki problemləri yenidən gündəmə gətirib.

Digər Kateqoriyalar

2025 © Azervoice