Əsas səhifə » G7 ölkələri Suriyada baş verən silahlı toqquşmaları pisləyib

G7 ölkələri Suriyada baş verən silahlı toqquşmaları pisləyib

Bakı, AzerVoice

G7 ölkələrinin xarici işlər nazirləri Suriyanın qərbində baş verən zorakılıq dalğasını qətiyyətlə pisləyiblər.

AzerVoice xəbər verir ki, bu barədə "Yeddilər qrupunun" Kanadada keçirilən görüşünün yekunlarına dair yayımlanan bəyanatda deyilir.

"Suriyanın sahil bölgələrində gərginliyin artmasını qətiyyətlə pisləyirik və mülki əhalinin müdafiəsinə, zorakılığa görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırırıq",- eyə bəyanatda bildirilib.

Nazirlər həmçinin, Suriya cəmiyyətində bütün tərəflərin maraqlarını nəzərə alan siyasi prosesə dəstək verdiklərini bildiriblər.

Xatırladaq ki, Martın 6-da Suriyanın Latakiya, Tartus və Hums vilayətlərində təhlükəsizlik qüvvələri ilə ölkənin sabiq prezidenti Bəşşar Əsəd tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin də mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəbələ şəhərində baş verib. Martın 10-da yeni hakimiyyət bu vilayətlərdə əməliyyatın başa çatdığını və keçmiş Suriya prezidentinin tərəfdarlarından ibarət qruplaşmaların zərərsizləşdirildiyini elan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice