Əsas səhifə » Mask ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə baş çəkib

Mask ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə baş çəkib

BAKI, AzerVoice

İlon Mask ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə (NSA) baş çəkib və prezident Donald Tramp ilə görüşüb.

AzerVoice xəbər verir ki, NSA sözçüsü Maskın agentlik rəsmiləri, o cümlədən general Timoti D. Haugh ilə görüşdüyünü təsdiqləsə də, müzakirələrin məzmunu barədə açıqlama verməkdən imtina edib.

Mask Tramp administrasiyasının federal işçi qüvvəsini azaltmaq səylərinə rəhbərlik edir. O, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi 100 mindən çox dövlət işçisinin ixtisarı prosesinə nəzarət edir.

Milyarder daha əvvəl dövlət idarəçiliyində islahatların vacibliyini vurğulamış və NSA kimi qurumların "yenidən qurulmasının" lazım olduğunu bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice