BAKI,AzerVoice
Amerikalı sahibkar və ABŞ Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask, ABŞ Prezidenti Donald Trampın nəzarətində olan siyasi təşkilata 100 milyon dollar investisiya yatırmaq niyyətindədir.
AzerVoice xəbər verir ki, Muskın və Trampın tərəfdaşları, sahibkarın ABŞ liderinin nəzarətində olan təşkilata maliyyə dəstəyi göstərmək niyyətində olduğunu bildiriblər.
Bununla belə, qeyd edilir ki, milyarder özünün “America PAC” adlı siyasi fəaliyyət komitəsinə deyil, kənar bir təşkilata ianə etmək istəyir.
Musk Ağ Ev əməkdaşları arasında ABŞ prezidentinin xarici siyasi təşkilatına bu qədər böyük məbləğdə ianə edən ilk şəxs olacaq. Musk və Ağ Ev nümayəndələri isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Bundan əvvəl İlon Maskın sərvətinin bir gündə 30 milyard dollar azaldığı bildirilmişdi.
Tesla səhmlərinin kəskin ucuzlaşması nəticəsində Maskın sərvəti son dörd ildə ən böyük geriləməyə məruz qalıb.