32
Bakı, AzerVoice
Günəşdə M sinfinə aid güclü partlayış baş verib.
AzerVoice xəbər verir ki, bu haqda Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat verib.
Məlumata görə, partlayış Bakı vaxtı ilə bugün saat 16:04-qeydə alınıb və davamiyyəti 3 dəqiqə təşkil edib. Sonuncu dəfə belə bir partlayış martın 5-də baş verib.
Qeyd edək ki, günəş partlayışları rentgen şüalarının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif partlayış A0.0 sinfiə aiddir və Yer orbitində 1 kvadrat metrə 10 nanovat şüalanma gücünə malikdir. Hər bir növbəti sinfə keçdikdə bu güc 10 dəfə artır.
Günəş partlayışları adətən plazma atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.