BAKI, AzerVoice
Tramp Qrenlandiyanı zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazır olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Donald Tramp Truth Social platformasında etdiyi
açıqlamada Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu
dəstəklədiyini bildirib.
O, "İkinci Dünya Müharibəsindən bəri olduğu kimi, sizi qorumağa
davam edəcəyik. Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək
üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq" ifadələrini
işlədib.
Tramp həmçinin əlavə edib ki, əgər istəsələr, Qrenlandiyalılar ABŞ-ın bir hissəsi kimi qəbul oluna bilərlər.
Qeyd edək ki, ABŞ prezidenti administrasiyaya qayıtdıqdan sonra Qrenlandiyanı əldə etmək istəyini tez-tez dilə gətirib. 2024-cü ilin dekabrında Truth Social hesabında yazdığı paylaşımda o, adanın ABŞ-ın nəzarətində olmasının “mütləq zərurət” olduğunu vurğulamışdı.
Qrenlandiyanın baş naziri Mute Bourup Egede isə Trampın açıqlamalarına cavab olaraq, "Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq" sözlərini səsləndirib.