BAKI, AzerVoice
Alimlər Antarktida üzərindəki ozon dəliyinin insan səyləri nəticəsində sağaldığını və 10 il ərzində tamamilə yox ola biləcəyini bildiriblər.
AzerVoice xəbər verir ki, stratosfer
qatında olan ozon təbəqəsi Yeri Günəşin zərərli ultrabənövşəyi (UV)
şüalarından qoruyur.
Lakin 1985-ci ildə Antarktida üzərində müşahidə edilən ozon dəliyi,
xüsusilə sentyabr-dekabr aylarında güclü seyrəlmə ilə daha çox UV
şüalarının yer səthinə çatmasına səbəb olmuşdu. Bunun nəticəsində
dəri xərçəngi və digər sağlamlıq problemləri artmışdı.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının alimi Susan Solomon və onun komandası, ozon dəliyinin əsas səbəbinin kondisioner, soyuducu və aerozol spreylərində istifadə olunan xloroflorokarbonlar (CFC) olduğunu müəyyən ediblər. 197 ölkənin qəbul etdiyi Monreal protokolu çərçivəsində bu qazların istifadəsinin tədricən dayandırılması qərara alınıb.
Massaçusets Texnologiya İnstitutundan (MIT) alim Peydonq Vanq və onun komandası “Nature” jurnalında yayımladıqları araşdırmada ozon təbəqəsindəki yaxşılaşmanın birbaşa insan müdaxiləsi ilə bağlı olduğunu təsdiqləyiblər. Atmosfer simulyasiyalarını real peyk müşahidələri ilə müqayisə edən alimlər, qlobal tədbirlərin ozon təbəqəsinin bərpasına birbaşa təsir etdiyini sübut ediblər.
"95 faiz əminliklə deyə bilərik ki, ozon dəliyi sağalır. Bu,
böyük ekoloji uğurdur və sübut edir ki, insanlıq qlobal ekoloji
problemləri həll edə bilər" - deyə Susan Solomon bildirib.
Alimlərin hesablamalarına görə, ozon dəliyi 2035-ci ilə qədər
tamamilə yox ola bilər.
Qeyd edək ki, Monreal protokolu qlobal iqlim siyasətində ən uğurlu ekoloji sazişlərdən biri hesab olunur və onun nəticələri ilk dəfə olaraq ozon təbəqəsinin bərpasına səbəb olub.