Əsas səhifə » İlon Mask Trampın Siyasəti Səbəbindən Sərvətinin Dörddə Birini İtirib

İlon Mask Trampın Siyasəti Səbəbindən Sərvətinin Dörddə Birini İtirib

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflər fond bazarına təsir edib və bu da İlon Maskın Tesla şirkətinin səhmlərinin ucuzlaşmasına səbəb olub.

AzerVoice xəbər verir ki, dünyanın ən varlı insanı, eyni zamanda ABŞ Hökumətinin Effektivlik Departamentinin rəhbəri olan İlon Mask, əhəmiyyətli maliyyə itkiləri ilə üzləşib.

Forbes jurnalının məlumatına görə, Maskın sərvəti cümə axşamı 8,8 milyard dollar azalaraq 342,8 milyard dollara düşüb.

Bu, onun sərvətinin 17 dekabrda qeydə alınan 464 milyard dollarlıq rekord səviyyədən 121,2 milyard dollar aşağı olması deməkdir. Həmin dövrdə Tesla-nın səhmləri birjada 480 dollara çatmışdı.

Hal-hazırda Tesla səhmləri 6% ucuzlaşaraq 263 dollar civarında ticarəti başa vurub. Bu, keçən ilin sonunda qeydə alınan maksimum dəyərdən 45% aşağıdır.

Tesla-nın səhmləri ABŞ seçkilərindən bəri ən aşağı qiymətə düşüb.

Bütün bunlara baxmayaraq, İlon Mask hələ də dünyanın ən zəngin adamı olaraq qalır. Onun sərvəti Meta-nın baş direktoru Mark Zukerberqdən 120 milyard dollar daha çoxdur.

Digər Kateqoriyalar

2025 © Azervoice