Əsas səhifə » Santorini adasındaki vulkan aktivləşib - iki mümkün ssenari

Santorini adasındaki vulkan aktivləşib - iki mümkün ssenari

Bakı, AzerVoice

Santorində yerləşən Yeni Kameni vulkanı yanvar ayının sonlarından etibarən aktivləşib.

AzerVoice-un məlumatına görə, Afina Universitetindən təqaüdə çıxmış Zəlzələ Elmləri professoru Panayotis Papadimitriu, son günlərdə Egey dənizində seysmik aktivliyin müşahidə edildiyini və Yunan adası Santorində yerləşən Yeni Kameni vulkanının yanvar ayının sonlarından etibarən aktivləşdiyini bildirib.

Papadimitriu Yunan mətbuatına verdiyi açıqlamada vulkanik fəaliyyətin bölgədəki yer deformasiyası ilə əlaqəli olduğunu vurğulayıb və Santorini ilə yanaşı Yamurqi adasında baş verən seysmik hadisələrə dair iki mümkün ssenari olduğunu qeyd edib.

Birinci ssenariyə görə, sismik hərəkətlilik zaman keçdikcə zəifləyə və tamamilə dayana bilər. İkinci ssenaridə isə 6 ilə 6,3 bal gücündə zəlzələnin baş verməsi ehtimalı var. Papadimitriu, belə bir zəlzələnin ətraf adalara ciddi təsir etməyəcəyini, çünki zəlzələ mərkəzinin onlardan uzaq olduğunu əlavə edib.

Afina Universitetinin (EKPA) Fövqəladə Risk və Böhran İdarəetmə Komitəsi tərəfindən yayımlanan açıqlamada, zəlzələlərdən əlavə güclü yağışların da torpaq sürüşmələrinə səbəb ola biləcəyi qeyd edilib.

Xüsusilə fərqli aşınma sürətinə malik ərazilərdə zəif süxur təbəqələrinin zaman keçdikcə üst qatdakı sərt qayaları saxlaya bilmədiyi və bunun çökmələrə səbəb olduğu vurğulanıb.

Qeyd edək ki, EKPA mütəxəssisləri Santorini və ətraf adalarda torpaq sürüşməsi riskinin təhlilini davam etdirəcək və gələcəkdə əlavə təhlükəsizlik tədbirləri təklif edəcəklər.

Digər Kateqoriyalar

2025 © Azervoice