Əsas səhifə » Vaşinqtonun gözlənilməz qərarları Kiyevə yardımı azalda bilər

Vaşinqtonun gözlənilməz qərarları Kiyevə yardımı azalda bilər

Bakı,AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampın tənqidinə kəskin reaksiyası, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün aparılan danışıqlara ciddi mənfi təsir göstərə bilər.

AzerVoice xəbər verir ki, mütəxəssislərin fikrincə, iki lider arasındakı şəxsi münasibətlərin pisləşməsi onsuz da mürəkkəbləşən diplomatik vəziyyəti daha da dərinləşdirir.

İki ölkə rəhbəri arasındakı fikir ayrılığı Vaşinqtonda gözlənilməz qərarların qəbul edilməsinə səbəb ola bilər. Bu isə öz növbəsində Kiyevə göstərilən hərbi yardımın azalmasına gətirib çıxara bilər. Bundan əlavə, Zelenskinin beynəlxalq arenada əlavə təzyiqlərlə üzləşmə ehtimalı artır.

Polşalı ekspertlər bildiriblər ki, yaranmış vəziyyət Ukrayna daxilində də geniş müzakirə olunur. Prezidentin tənqidçiləri arasında təkcə müxalifət deyil, bəzi tərəfdarları da var. Xüsusilə keçmiş Baş nazir Yuliya Timoşenko müharibə şəraitində seçkilər keçirməyin qeyri-etik olduğunu vurğulayıb

Qeyd olunur ki, ABŞ Kiyevdən təbii resurslarla bağlı müqavilə imzalamasını tələb edə və müharibəni tez bitirmək üçün Zelenskiyə təzyiq göstərməyə çalışa bilər. Lakin bu cəhdlər əksinə, Ukrayna liderinin tərəfdarlarının daha da güclənməsinə səbəb ola bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice