Əsas səhifə » Netanyahu atəşkəsin ikinci mərhələsini gecikdirir- HƏMAS

Netanyahu atəşkəsin ikinci mərhələsini gecikdirir- HƏMAS

Bakı, AzerVoice

HƏMAS İsrailin baş naziri Binyamin Netanyahunu atəşkəsin ikinci mərhələsi üzrə danışıqları gecikdirməkdə ittiham edib.

AzerVoice xəbər verir ki , HƏMAS-ın sözçüsü Əbdüllətif Kanu sosial media üzərindən verdiyi açıqlamada HƏMAS-ın atəşkəs və əsir mübadiləsi razılaşmasının bütün mərhələlərini yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Belə ki, hazırda İsrailin humanitar protokola tam əməl etməsi gözlənilir. İkinci mərhələ üzrə danışıqlar hələ başlamadığı halda, Netanyahu prosesin qarşısını alır və danışıqlara maneələr yaradır.

Kanu, İsrailin Qəzzada beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etdiyini və bu iddiaların araşdırılması üçün beynəlxalq komitənin yaradılmasını tələb etdiklərini bildirib.

Qeyd edək ki, 19 yanvar tarixində qüvvəyə minən üç mərhələli atəşkəs və məhbus mübadiləsi razılaşmasının ilk fazası 2 mart tarixində başa çatıb. Buna baxmayaraq, ikinci mərhələ üçün dolayı danışıqlar hələ də başlamayıb.

HƏMAS İsrailin bu gecikdirmə ilə atəşkəs prosesini çıxılmaz vəziyyətə saldığını və bölgədəki vəziyyəti daha da gərginləşdirdiyini bildirir.

Digər Kateqoriyalar

2025 © Azervoice