Əsas səhifə » Mask NASA astronavtlarını kosmosdan yerə qaytarmağa çalışır

Mask NASA astronavtlarını kosmosdan yerə qaytarmağa çalışır

Bakı, AzerVoice

SpaceX və Tesla şirkətlərinin rəhbəri, eləcə də Prezident Donald Trampın baş müşaviri olan İlon Mask, kosmosda qapalı qalan NASA astronavtlarını Yerə qaytarmaq üçün təxminən dörd həftə ərzində xilasetmə uçuşu həyata keçirəcəklərini açıqlayıb.

AzerVoice xəbər verir ki, Prezident Donald Tramp ilə birgə müsahibəsində, Mask NASA astronavtlarının kosmosda qalmasının siyasi motivli ola biləcəyini irəli sürüb və onların tezliklə xilas ediləcəyini bildirib.

Xatırladaq ki, NASA astronavtları Barry "Butch" Wilmore və Sunita Williams, 2024-cü il iyunun 5-də Boeing-in yeni Starliner kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilmişdi. Missiya yalnız bir həftəlik sınaq uçuşu olaraq planlaşdırılsa da, Starliner kapsulunda yaranan texniki problemlər səbəbilə astronavtların geri dönüşü qeyri-müəyyən vaxta təxirə salınıb.

NASA, kapsulun boş vəziyyətdə Yerə qayıtmasına dair göstəriş verdiyini və astronavtların Yerə qayıtmaq üçün alternativ vasitəyə ehtiyacı olduğunu açıqlayıb. SpaceX-in ehtiyat Dragon kapsulu ilə buraxılışının martın sonu və ya aprelin əvvəlinə kimi mümkün olmadığı bildirilir. Bu halda astronavtlar 10 aya yaxın ISS-də qalmaq məcburiyyətində qala bilər.

Həmçinin, keçən ay Prezident Tramp, Mask və onun SpaceX şirkətini NASA-nın Boeing şatlının nasazlığı səbəbilə qapalı qalan astronavtları xilas etməyə çağırmışdı. Ağ Ev administrasiyası isə bu məsələnin Bayden hökuməti ilə əlaqələndirilməsinin siyasi manipulyasiya olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice