Əsas səhifə » Elon Musk OpenAI-ni 97,4 milyard dollara almaq istəyir

Elon Musk OpenAI-ni 97,4 milyard dollara almaq istəyir

Bakı, AzerVoice

Amerikalı milyarder İlon Maskın başçılıq etdiyi investor qrupu süni intellekt modeli ChatGPT-nin yaradıcısı OpenAI-ni satın almaq üçün təxminən 97,4 milyard dollar dəyərində təklif irəli sürüb.

AzerVoice xəbər verir ki, The Wall Street Journal nəşri Maskın vəkili Mark Toberoffun açıqlamalarına istinadən xəbər verir ki, Muskın rəhbərlik etdiyi investorlar OpenAI-nin idarə heyətinə rəsmi təklif göndəriblər.

Hesabatda bildirilir ki, Musk OpenAI-nin bir zamanlar olduğu kimi açıq mənbəli, təhlükəsizlik yönümlü və ictimai maraqları prioritet götürən bir quruma çevrilməsinin vacib olduğunu vurğulayıb və bunu reallaşdırmaq üçün çalışdıqlarını bəyan edib.

Digər tərəfdən, OpenAI-nin CEO-su Sam Altman isə öz növbəsində iddialara X hesabında cavab verib. O, "Xeyr, çox sağ olun, amma istəsəniz biz Twitter-i 9,74 milyard dollara ala bilərik" ifadəsini işlədib.

Digər Kateqoriyalar

2025 © Azervoice