Bakı,
AzerVoice
Son günlər ABŞ və İngiltərədə yayılmağa davam edən noravirus
infeksiyası, mədə və bağırsaq sisteminə təsir edən yoluxucu
virusdur.
AzerVoice xəbər verir ki , Noravirus qastroenteritə (mədə-bağırsaq iltihabı) səbəb olan çox yoluxucu bir virusdur. O, çirklənmiş qida, su, səthlər və ya birbaşa yoluxmuş insanlarla təmas yolu ilə asanlıqla ötürülə bilər.
Noravirus qriplə qarışdırılsa da, tənəffüs yollarına deyil, həzm sisteminə təsir edir. Əsas simptomları, ürəkbulanma və qusma , şiddətli ishal, qızdırma, baş ağrısı və əzələ ağrılarıdır.
Xüsusilə uşaqlar və yaşlılar üçün maye itkisi ciddi təhlükə yarada bilər. Simptomlar uzun müddət davam edərsə, tibbi yardım alınmalıdır.
Noravirusdan qorunmaq üçün:
Əl gigiyenasına diqqət yetirin: Əllərinizi sabit
şəkildə sabun və su ilə yuyun. Əl dezinfektanları norovirusa qarşı
yetərli olmaya bilər.
Qida gigiyenasına riayət edin: Meyvə və tərəvəzləri
yaxşıca yuyun, yemək hazırlayarkən təmizliyə önəm verin.
Səthləri dezinfeksiya edin: Xüsusilə mətbəx və vanna
otağında gigiyenaya diqqət edin.
Yoluxmuş şəxslərlə təmasdan qaçının: Ətrafınızdakı biri
norovirusa yoluxubsa, mümkün qədər məsafə saxlayın və gigiyena
qaydalarına daha çox riayət edin.
Noravirusun yayılması ciddi bir sağlamlıq problemi yaradır. Gigiyenik tədbirlərə əməl edərək və risk faktorlarına qarşı ehtiyatlı davranaraq bu virusdan qorunmaq mümkündür. Simptomlar şiddətlənərsə və ya uzun müddət davam edərsə, mütləq həkimə müraciət edilməlidir.