Bakı,
AzerVoice
Avropa Birliyinin (Aİ) Copernicus peyk monitorinq sistemi ötən ayın
tarixin ən isti yanvar ayı olduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki,La Niña hava
fenomeninin planetin temperaturunu müvəqqəti soyutmasına
baxmayaraq, qlobal istiləşmə tendensiyası davam edib.
Copernicus-un məlumatına görə, Yanvar ayının orta temperaturu 13,23°C olub.
Bu göstərici 1850-1900-cü illəri əhatə edən "sənaye öncəsi dövr"
orta temperaturundan 1,75°C yüksəkdir.
2024-cü ilin yanvarında qeydə alınan 13,14°C-lik əvvəlki rekordu
qıraraq ən isti yanvar ayı olub.
2025-ci ilin yanvarında Avropanın orta kontinental temperaturu
1,80°C ölçülüb, bu da 2020-ci ildən sonra Avropa üçün “ikinci ən
isti yanvar” hesab olunur.
Avropa Orta Dəyişiklikli Hava Tədqiqatları Mərkəzinin İqlim Strategiyası rəhbəri Samantha Burgess, "2025-ci ilin yanvar ayı daha bir təəccüblü aydır. Sakit okeanın tropik regionunda La Niña şəraitinin inkişafına və qlobal temperatura müvəqqəti soyutma təsirinə baxmayaraq, son iki ilin rekord istiləri davam edir." - deyə bildirib.
2024-cü ildə dünya üzrə orta temperatur ilk dəfə 1,5°C həddini keçərək tarixdə ən isti il kimi qeydə alınıb.