Əsas səhifə » Yanvar ayında ən çox qazanan şirkət Meta olub

Yanvar ayında ən çox qazanan şirkət Meta olub

Bakı, AzerVoice

Yanvar ayında qlobal bazarlarda baş verən kəskin dalğalanmalar arasında Meta Platforms, dünyanın ən dəyərli 10 şirkəti arasında ən yaxşı səhm performansını göstərən şirkət olub.

AzerVoice xəbər verir ki, Meta Dekabr ayında səhmlərinin qiymətinin 17,71 faiz artdığını və 689,18 dollara çatdığını qeyd edib.

Meta, süni intellekt sahəsinə bu il 60-65 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. Şirkətin baş direktoru Mark Zukerberq, "Meta AI" vasitəsilə 1 milyarddan çox insana xidmət verəcəyini və Llama 4 süni intellekt modelini inkişaf etdirəcəklərini bildirib. Bu, şirkətin səhmlərinə müsbət təsir edərək, yanvar ayında səhmləri tam 8,34 faiz artırıb.

Bu dövrdə ən çox itki isə Nvidia şirkətində müşahidə olunub Nvidia-nın səhmləri yanvarın son həftəsində 17 faiz ucuzlaşıb, bu da şirkətin bazar dəyərinin təxminən 600 milyard dollar azalmasına səbəb olub. Bu, ABŞ tarixində bir şirkətin yaşadığı ən böyük gündəlik dəyər itkisi olaraq qeydə alınıb.

Belə ki, Nvidia-nın itkiləri, Çində DeepSeek adlı şirkətin daha ucuz və daha sürətli bir süni intellekt modeli işə salması ilə əlaqədar narahatlıqların artması ilə əlaqələndirilir.

Yanvar ayında Apple bazar dəyərinə görə ən dəyərli şirkət olaraq qalarkən, Microsoft və Nvidia onu izləyirlər. Digər tərəfdən, Tesla, Alphabet (Google) və Amazon kimi böyük texnologiya şirkətləri də sıralamanın önündə yer alırlar.

Bu dövr ərzində Broadcom və Alphabet şirkətləri də itki yaşayıb, lakin Meta-nın süni intellekt sahəsinə qoyduğu sərmayə şirkətin dəyərini yüksəldərək ən çox qazanan şirkət olmasına səbəb olub.

Digər Kateqoriyalar

2025 © Azervoice