26
Bakı, AzerVoice
Hava hücumundan müdafiə sisteminin zərbəsi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin hidravlikasını sıradan çıxarıb.
AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.
Hesabatda hava hücumundan müdafiə sisteminin raketinin qəlpələri ilə zədələnmiş hidravlik sistemləri əks etdirən fotoşəkillər təqdim olunur.
Məhz bu səbəbdən təyyarə sükan idarəetməsini itirib və ekipaj mühərrikin təkanını tənzimləyərək Aktauya çatmağa çalışıb. Bu manevr zədələnmiş təyyarəni ən azı qismən idarə etməyin yeganə yolu olaraq qalırdı.