Bakı ,AzerVoice
Son 24 saat ərzində kriptovalyuta bazarı təxminən yarım trilyon
dollar dəyər itirərək son bir ilin ən ağır itkilərindən birini
yaşayıb.
AzerVoice xəbər verir ki, bu çöküşün
əsas səbəbi ABŞ Prezidenti Donald Trampın Kanada, Meksika və Çinə
yeni tariflər tətbiq etməsi olub.
Qlobal ticarət müharibəsi qorxusunun artması investorların riskli
aktivləri satmasına səbəb olub. Kripto ticarət platforması
Coinbase-in CEO-su son bir həftədə 1 milyon kriptovalyutanın
çıxarıldığını açıqlayıb.
Kriptovalyuta bazarı əhval-ruhiyyəsini ölçən CoinMarketCap Kripto Qorxu və Xəsislik İndeksi 2024-cü ilin oktyabrından bəri ilk dəfə “qorxu” səviyyəsinə düşüb. Kripto bazarının ümumi ləğvetmələri isə bu il ilk dəfə 2 milyard dolları keçib.
Bazar analitikləri Bitcoin-in 92.000 dollar səviyyəsində əsas dəstək xətti olduğunu və bu səviyyənin altına düşərsə, daha çox satışın baş verəcəyini bildirir.
Xatırladaq ki, Tramp ilk “kripto-prezident” olacağını və kriptovalyuta bazarını dəstəkləyəcəyini bildirsə də, son qərarları bazarda böyük qeyri-müəyyənlik yaradıb. Bununla belə, Bitcoin-in yüksəlişi Trampın Ağ Evə gəlişi ilə əlaqələndirilir və son olaraq 110.000 dollara yaxınlaşaraq rekord qırıb.