Bakı,
AzerVoice
Əhməd Şəraa Prezident elan edildikdən sonra Suriya Prezidentliyinin
rəsmi X hesabı heç bir səbəb göstərilmədən dayandırılıb.
AzerVoice xəbər verir ki, qalmaqallı
qərardan sonra platformanın sahibi amerikalı milyarder İlon Mask
kəskin reaksiyalarla üzləşib.
Bu hadisə Maskın "söz azadlığı" mövzusundakı əvvəlki açıqlamaları
ilə bir ziddiyyət kimi görünür. X-in bu qərarının arxasında konkret
hansı səbəblərin dayandığı hələ açıqlanmayıb, lakin bunun siyasi
təsirlər və ya beynəlxalq təzyiqlərlə bağlı ola biləcəyi ehtimal
edilir.
Hadisələrdən sonra xüsusilə suriyalılar İlon Maska qarşı linç kampaniyasına başlayıblar.
Xatırladaq ki, Elon Musk daha əvvəl senzuranın əleyhinə olduğunu bildirmişdi.
Ona görə də Suriya Prezidentinin hesabının dayandırılması Maskın əvvəlki açıqlamaları ilə ziddiyyət kimi qiymətləndirilir.