Bakı,
AzerVoice
Alabama ştatında Camp Hill virusu aşkar edilib və bu virus Şimali
Amerikada ilk henipavirusdur.
AzerVoice xəbər verir ki ,
Henipavirus, Hendra və Nipah kimi virusların insanlarda və
heyvanlarda ciddi xəstəliklərə və yüksək ölüm nisbətlərinə səbəb
olduğu bilinir.
Hendra virusu, ilk dəfə Avstraliyanın Brisben şəhərində tapılıb və Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya və Banqladeşdə baş verən Nipah virusu epidemiyalarında ölüm nisbəti 40%-75% arasında dəyişib.
Kvinslend Universitetindən Dr. Rhys Parry, Alabama ştatında Camp Hill virusunun aşkarlanmasının Şimali Amerikada henipavirusların mövcudluğunu göstərməsi baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. Dr. Parry, bu kəşfin henipavirusların daha geniş coğrafiyalarda tapıla biləcəyini göstərdiyini qeyd edib.
Camp Hill virusu, Kanada və ABŞ-da yayılmış şimal qısaquyruqlu siçanlarda tapılıb. Dr. Parry, virusun insanlar üçün təhlükə yaratma potensialını anlamaq üçün daha çox araşdırma aparılmasının vacib olduğunu bildirib. O, Çindəki Langya virusunun siçanlardan insanlara keçməsinin, henipavirusların bu cür ötürülməsini göstərdiyini bildirib.
Tədqiqatda iştirak edən Dr. Ariel Isaacs, henipavirus ailəsi üçün peyvəndlərin hazırlanmasının diqqət mərkəzində olduğunu qeyd edib. O, növbəti addımın virusun hüceyrəyə daxil olmasında iştirak edən əsas səth zülallarını xarakterizə etmək olacağını və bunun da qorunma üsullarını təkmilləşdirməyə imkan verəcəyini bildirib.