Əsas səhifə » Qadınlara qarşı zorakılıq Böyük Britaniyada başlıca problemə çevrilib

Qadınlara qarşı zorakılıq Böyük Britaniyada başlıca problemə çevrilib

Bakı,AzerVoice

İngiltərədə qadınlara və qızlara qarşı zorakılığın artdığı bildirilir.

AzerVoice xəbər verir ki , Milli Audit Ofisinin (NAO) dərc etdiyi hesabatda, hökumətin illər ərzində verdiyi vədlərə və həyata keçirdiyi strategiyalara baxmayaraq, zorakılığın epidemiyaya çevrildiyi və azalmaq əvəzinə artdığı qeyd edilib.

Hesabatda vurğulanıb ki, 2021-ci ildə Sara Everard və Sabina Nessa cinayətlərindən sonra tətbiq edilən strategiyalar qadınların və qızların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər effektiv olmayıb. Mühafizəkarlar Partiyasının hakimiyyəti dövründə həyata keçirilən 2021-ci il strategiyasının uzunmüddətli sosial transformasiyaya nail olmaqda uğursuz olduğu bildirilib.

2022-2023-cü illərdə qadınlara qarşı zorakılıq Böyük Britaniyada polisə bildirilən bütün cinayətlərin 20 faizini təşkil edib.

2023-2024-cü illərdə cinsi təcavüzə məruz qalanların nisbəti 3,4 faizdən 4,3 faizə yüksəlib.

Eyni dövrdə məişət zorakılığı hallarının 9,2 faizdən 7,4 faizə düşdüyü qeyd edilsə də, polisə bildirilən zorlama və cinsi zorakılıq hadisələrinin 34 mindən 123 minə yüksəldiyi bildirilib.

Hökumətin yeni strategiya üzərində işlədiyi və planın yaz aylarında ictimaiyyətə açıqlanmasının gözlənildiyi qeyd edilib.

Ekspertlər bildirirlər ki, bu problemi yalnız cəza tədbirləri ilə həll etmək mümkün deyil. Zorakılığın qarşısının alınması mexanizmləri gücləndirilməli və bütün dövlət qurumları arasında koordinasiyalı əməkdaşlıq təmin olunmalıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice